Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Əlində pulu göstərən görməmiş, mədəniyyətsizdir''

''Əlində pulu göstərən görməmiş, mədəniyyətsizdir''

Tarix: 20 Aprel 2025 17:05

"Çoxları sənətə sənət eşqi ilə gəlmir. Başqa şey üçün gəlir. Sənəti olanın başqa dünyası, aləmi olur. Geyimlə, başqa şeylər etməklə yalandan qalmaqal salmaqla, gündəmdə qalırlar. Cürbəcür hiyləyə əl atırlar ki, nə yolla olur olsun məşhur olsunlar. Denən, bir canlı ifa et, edə bilməyəcək".

Sonxeber.net xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli "Gün ortası" verilişində deyib. Müğənni bayağı ifaçılardan danışıb.

M.İsgəndərli toyda əlində pul oxuyan ifaçıları tənqid edib:

"Mədəniyyətsizlikdir. Görgüsüzlük, görməmişlikdir. Birdən-birə gəlir düşür bu aləmə, özünü apara bilmir. Filan heyvan vurub cənnətə atıb...".

Qeyd edək ki, bu yaxınlarda müğənni Şəbnəm Tovuzlu toyda ona verilən şabaşların yer aldığı video yayımlamışdı.


Etiketlər:  Əlində pulu göstərən görməmiş mədəniyyətsizdir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ