Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Oktyabr 2025 11:58
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus bəzi şirkətlərin dövlət qarşısında külli miqdarda vergi borcu yaranıb.
Sonxeber.net iqtisadiyyat.az-a istinadən xəbər verir ki, Dövlət Agentliyinin avtomobil yollarının tikintisi və istismarı sahəsində fəaliyyət göstərən bəzi şirkətlərinin dövlət qarşısında vergi borcu olduğu üzə çıxıb.
1) Bakı 1 №-li Yol İstismarı MMC - vergi borcu 708 860 manatdır.
2004-cü ildə dövlət qeydiyyatına alınan və 49 299 983 manat nizamnamə kapitalına malik olan şirkətin direktoru Zaur Həmzəyevdir. Onun AAYDA-nın Maliyyə İdarəsinin rəisi Müseyib Həmzəyevin qardaşı oğlu olduğu bildirilir.
2) 17 №-li Xüsusi Təyinatlı Yol İstismarı - vergi borcu 1 323 629.68 manatdır.
2018-ci ildə dövlət qeydiyyatına alınan MMC-nin direktoru Şahin Süleymanovdur. Onun AAYDA-nın rəhbəri Saleh Məmmədovun yaxın qohumu olduğu bildirilir.
3) 41 №-li Yol İstismarı MMC - vergi borcu 944 268.33 manatdır.
2004-cü ildə dövlət qeydiyyatına alınan və 1 469 018 manat nizamnamə kapitalına malik olan şirkətin direktoru Fayiq Əliyevdir.
4) 37 №-li Yol İstismarı MMC - vergi borcu 997 867.85 manatdır.
2005-ci ildə dövlət qeydiyyatına alınan və 2 000 000 manat nizamnamə kapitalına malik olan şirkətin direktoru Füzuli Quliyevdir.
5) 43 №-li Yol İstismarı MMC - vergi borcu 10 780 151.13 manatdır.
2004-cü ildə dövlət qeydiyyatına alınan və 1 063 194 manat nizamnamə kapitalına malik olan şirkətin direktoru İlham Əzimovdur.
6) 11 №-li Xüsusi Təyinatlı Yol İstismarı - vergi borcu 13022.34 manatdır.
2011-ci ildə dövlət qeydiyyatına alınan şirkətin direktoru Hikmət Seyidovdur.
7) 31 №-li Yol İstismarı MMC - vergi borcu 152612.47 manatdır.
2004-cü ildə dövlət qeydiyyatına alınan və 1 700 000 manat nizamnamə kapitalına malik olan şirkətin direktoru Aqil Vəliyevdir.
8) 9 №-li Yol İstismarı MMC - vergi borcu 1 351 023.51 manatdır.
2005-ci ildə dövlət qeydiyyatına alınan və 2 500 000 manat nizamnamə kapitalına malik olan şirkətin direktoru Rəşad Kərimovdur.
9) 16 №-li Xüsusi Təyinatlı Yol İstismarı MMC - vergi borcu 4 351 590.54 manatdır.
2004-cü ildə dövlət qeydiyyatına alınan və 1 326 920 manat nizamnamə kapitalına malik olan şirkətin direktoru Kazım Hüseynovdur.
10) 55 №-li Yol İstismarı MMC - vergi borcu 397614 manatdır.
2004-cü ildə dövlət qeydiyyatına alınan və 493 611 manat nizamnamə kapitalına malik olan şirkətin direktoru Firdovsi Qafarovdur.
11) 3 №-li Yol İstismarı MMC - vergi borcu 72 587.79 manatdır.
2004-cü ildə dövlət qeydiyyatına alınan və 6 000 000 manat nizamnamə kapitalına malik olan şirkətin direktoru Mübariz Əkbərovdur.
12) 2 №-li Magistral Yolların İstismarı - vergi borcu 2 549 104.66 manatdır.
2016-ci ildə dövlət qeydiyyatına alınan və 6 000 000 manat nizamnamə kapitalına malik olan şirkətin direktoru Əli Mikayılovdur.