Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Oktyabr 2025 14:26
İngiltərənin "Şeffild Uensdey" klubu qapıçı mövqeyini gücləndirmək üçün qısamüddətli icarə müqaviləsi imzalayıb.
Sonxeber.net xarici mətbuata istinadən xəbər verir ki, "Bristol Siti"nin 30 yaşlı qapıçısı Co Lamli cəmi 7 günlük icarə əsasında "Şeffild Uensdey"in heyətinə qoşulub.
Komanda bu addımı əsas qapıçı İtan Horvatın cəzalı olması səbəbindən atıb.
Qeyd edək ki, "Şeffild Uensdey" hazırda İngiltərə Çempionşipində sonuncu - 24-cü pillədə qərarlaşıb.
Hüseyn