Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Qarabağ”ın qapıçısı “Atletik”lə matçda 2 penalti qaytardı - VİDEO

“Qarabağ”ın qapıçısı “Atletik”lə matçda 2 penalti qaytardı - VİDEO

Tarix: 22 Oktyabr 2025 19:32

"Qarabağ" U-19 komandası UEFA Gənclər Liqasında "Atletik"lə qarşılaşır.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, hazırda davam edən matçda Ağdam təmsilçisinin qapıçısı Teymur Həsənov iki penalti qaytarıb. 

O, əvvəlcə matçın 57-ci dəqiqəsində Peio Huestamendianın 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirməsinə mane olub. 

70-ci dəqiqədə isə Manex Lozanonun penaltisinin qarşısını alıb. Epizodun davamı qol olsa da, T.Həsənov 2 penalti qaytarmaqla diqqət çəkib. 

Qeyd edək ki, Teymur Həsənovun atası "Qarabağ"ın qapıçılar üzrə məşqçisi Elxan Həsənov, anası isə Azərbaycan voleybol yığmasının sabiq üzvü, "Azerreyl"in məşhur oyunçusu Alla Həsənovadır. 


Etiketlər:  Qarabağın qapıçısı Atletiklə matçda penalti qaytardı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ