Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Real''ın Arda planı ifşa oldu: yeni baş məşqçini o ''təyin edəcək'' - FOTO

''Real''ın Arda planı ifşa oldu: yeni baş məşqçini o ''təyin edəcək'' -  FOTO

Tarix: 21 Aprel 2025 13:14

"La Liqa" nəhəngi "Real Madrid"də sular durulmur.

Sonxeber.net Türkiyə mətbuatına istinadən xəbər verir ki, UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində "Arsenal"a iki oyunun nəticəsinə görə uduzaraq turnirdən kənar qala "Kral klubu"nda baş məşqçi Karlo Ançelotti ilə yolların ayrılacağına artıq dəqiq baxılır.

Çempionatda 1 oyun az olmaqla, lider "Barselona"dan 7 xal geri qalan Madrid təmsilçisinin mövsümün sonunda çempion olsa belə, Ançelotti ilə yolları ayıracağı iddia olunur.

İspaniyanın "Sport" nəşrinin məlumatına görə, "Real Madrid" rəhbərliyi Ançelottidən sonra komandanın sükanını "Bayer Leverkuzen"in baş məşqçisi Xabi Alonsoya təhvil vermək niyyətindədir. Klub prezidenti Florentino Peres və idarə heyəti Alonsonu komandaya gətirmək üçün Leverkuzenə gənc futbolçulardan birini icarəyə, ya da satış yolu ilə təklif etməyi planlaşdırır.

Mənbənin iddiasına görə, bu futbolçular arasında Türkiyə millisinin və "Real Madrid"in üzvü Arda Gülerin də adı keçir. "Los Blankos" istədiyi baş məşqçini gətirə bilmək üçün Arda Gülərə möhtacdır. Əgər türk oyunçu satılarsa, klub onun transfer müqaviləsinə geri alma bəndi əlavə etməyi düşünür.

Bundan əlavə, İspaniya mediasında yayılan xəbərlərdə qeyd olunur ki, Arda Güler "Real Madrid"də kifayət qədər oyun vaxtı ala bilmədiyindən narazıdır və klubdan ayrılmaq istəyir.

Qeyd edək ki, Arda Güler bu mövsüm "Real Madrid" forması ilə 34 oyunda iştirak edib, 3 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Gənc ulduz ümumilikdə 1233 dəqiqə meydanda olub.

Tural


Etiketlər:  Realın Arda planı ifşa oldu yeni baş məşqçini təyin edəcək FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ