Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hidayət Heydərov millidən çıxarıldı

Hidayət Heydərov millidən çıxarıldı

Tarix: 22 Aprel 2025 10:30

Avropa çempionatında çıxış edəcək milli komandamızın heyətində dəyişiklik olub. 

Sonxeber.net xəbər verir ki, Olimpiya, dünya və dördqat Avropa çempionu Hidayət Heydərov xəstələndiyi üçün həkimlərin qərarı ilə heyətdən çıxarılıb.

Hidayəti Avropa çempionatında Rəşid Məmmədəliyev (-73 kq) əvəz edəcək.

Qeyd edək ki, cüdo üzrə böyüklər arasında Avropa çempionatı 23-27 aprel tarixlərində Monteneqroda keçiriləcək. Mötəbər turnirdə ölkəmizi 15 cüdoçu (9 kişi, 6 qadın) təmsil edəcək.


Etiketlər:  Hidayət Heydərov millidən çıxarıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ