Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Məni yarım milyonluq saxta sənədə qol çəkdirənlə iş birliyi edir''

''Məni yarım milyonluq saxta sənədə qol çəkdirənlə iş birliyi edir''

Tarix: 22 Aprel 2025 16:20

Müğənni Niyam Salami qalmaqallı açıqlamalar edib.

Sonxeber.net xəbər verir ki, başı biznesdən çəkən ifaçı yaxın həmkar dostundan gileyini dilə gətirib.

Aynur Dadaşova ilə arası dəyən Salami faktları ilk dəfə açıqlayıb:

"Sənə qardaş deyən, yaxın dostun bilərək ki, o adam mənə pislik edir, heç nə demir. Məni yarım milyonluq saxta sənədə qol çəkdirən adamla iş birliyi edir. Onun adını çəkmirəm hələ ki.. Həmin adam Allah kəlməsi bilmir. O qədər zülüm çəkmişəm ki, Xatunla birgə ağlamışıq. Baş verənləri bilir. Bu, ciddi bir məsələdir.

Köhnə şərikimin dayısı və dostları bilərəkdən saxtakarlıq var, məni bu addımı atmağa sövq etdilər. Bunları bilərəkdən Aynur da o insanla işbirliyi etdi. Ona görə çox incimişəm. İnsanam, dəridən və ətdən ibarətəm. Hazırda sadəcə salam-sağolumuz var. Mənə çox haqsızlıqlar olub, haradasa çıxıb danışmışam?".

Hüseyn


Etiketlər:  Məni yarım milyonluq saxta sənədə çəkdirənlə birliyi edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ