Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kamil atasından imtina etdi: onun soyadı və adının yerinə də...

Kamil atasından imtina etdi: onun soyadı və adının yerinə də...

Tarix: 23 Aprel 2025 11:55

Tanınmış idmançı Kamil Zeynallının şəxsi həyatı ilə bağlı məlumat diqqət çəkib. 

Sonxeber.net xəbər verir ki, fitnes məşqçisi olan oğlu ilə birgə verilişə qatılan anası Sahilə xanım atası ilə onun münasibətlərindən danışıb.

"Kamil ilə atasının arasına girməmişəm. Münasibətlərinin yaxşı olmasını istərdim. Bu qərarı Kamil özü verib. Dedi ki, atam mənim üçün yoxdur. Əsgərlikdən gələndən sonra atası ilə görüşə getdi, amma atası oğlunu qəbul etmədi. O, birdəfəlik atasının üstündən xətt çəkdi.

Universiteti bitirəndə gördüm ki, sənədlərdə soyadına mənim soyadımı, ata adı yerinə də babasının adını yazıdırıb. Oğlum ağır həyatı keçirib, bir qarnı tox, bir qarnı ac böyüyüb. Camaat bayram edib, kabab çəkəndə, bizə vermədikləri üçün Kamil ağlayırdı. Bunlar ürəyimə dağ olub. Şükür ki, Kamilin indi hər şeyi var. Allah onu qəlbinə görə mükafatlandırdı".

Musa


Etiketlər:  Kamil atasından imtina etdi onun soyadı adının yerinə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ