Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Həftəsonu səfərə hazırlaşanların NƏZƏRİNƏ

Həftəsonu səfərə hazırlaşanların NƏZƏRİNƏ

Tarix: 3 May 2025 13:12

Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib.

Sonxeber.net xəbər verir ki, müraciətdə deyilir ki, sinoptiklərin məlumatına əsasən hazırda ölkənin dağlıq və dağətəyi rayonlarında yağışlı hava şəraiti hökm sürür, bu da yol hərəkəti təhlükəsizliyi baxımından əlverişsiz hesab olunur.

"Xüsusilə, gecə və səhər saatlarında müşahidə edilən dumanlı, çiskinli havanın görünüş məsafəsini məhdudlaşdırdığını, sürüşmə ehtimalını əhəmiyyətli dərəcədə artırdığını nəzərə alaraq, bu bölgələrə səfər edən sürücülər zəruri ehtiyat tədbirləri görməli, özləri və digər hərəkət iştirakçıları üçün təhlükəli vəziyyət yaratmamalıdırlar.

Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu xüsusilə, respublika əhəmiyyətli avtomobil yollarında hərəkət intensivliyinin artacağını diqqətə çatdırmaqla yanaşı, bölgələrə səfər edəcək sürücülərə yağışlı havalarda daha məsuliyyətli olmağı, sürət həddini nəzarətdə saxlamağı, avtomobillərinin sazlığından əmin olmağı, mümkün qədər günün işıqlı vaxtı yol çıxmağı tövsiyə edir", - müraciətdə qeyd olunub.


Etiketlər:  Həftəsonu səfərə hazırlaşanların NƏZƏRİNƏ


RƏYLƏR