Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Diasporla İş üzrə Dövlət Komitəsində qeyd edilib - FOTO

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Diasporla İş üzrə Dövlət Komitəsində qeyd edilib - FOTO

Tarix: 9 May 2025 12:04

Diasporla İş üzrə Dövlət Komitəsində Ümummilli Liderin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin, eləcə də şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, sədr Fuad Muradov çıxışında Ulu Öndərin müstəqil Azərbaycan Respublikasının müstəqilliyinin qorunması və möhkəmlənməsindəki yorulmaz fəaliyyətini xatırladıb. Azərbaycan diasporunun formalaşması, vahid diaspor şəbəkəsinin yaradılması üçün hərtərəfli düşünülmüş, məqsədyönlü siyasətindən bəhs edib. Prezident İlham Əliyevin tapşırıqları, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə milli-mədəni irsimizin qorunub saxlanması, xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə ardıcıl və davamlı işlərin görüldüyünü, müxtəlif ölkələrdə Azərbaycan evlərinin açıldığını diqqətə çatdırıb.

Tədbirdə Ulu Öndərin 100 illik yubileyinə həsr edilmiş "Böyük sənət hamisi" sənədli filmindən bir hissə və "Heydər Əliyev və diaspor quruculuğu" adlı videoçarx nümayiş olunub.

Xalq rəssamı Ömər Eldarovun tələbəsi, heykəltəraş, kinorejissor Namiq Hüseynov "Heydər Əliyev: milli-mənəvi dəyərlərin hamisi" mövzusunda çıxış edib. Ulu Öndərin yalnız siyasi lider deyil, həm də xalqın mədəniyyətini, ənənələrini və dəyərlərini qorumağa və inkişaf etdirməyə çalışan bir şəxsiyyət olduğunu diqqətə çatdırıb. Heykəltəraş dahi lider Heydər Əliyevin büstünü komitəyə hədiyyə edib.

Daha sonra Komitənin gənc əməkdaşları, "Azərbaycan-Bolqarıstan Dostluğunun İnkişafına Kömək" İctimai Birliyinin sədri Mariya Atanasova-Hüseynova və digər çıxışçılar Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı böyük tarixi xidmətlərini qeyd edib, əvəzolunmaz lider kimi yaddaşlarda əbədi yaşayacağını söyləyiblər.


Etiketlər:  Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümü Diasporla İş üzrə Dövlət Komitəsində qeyd edilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ