Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mariya Stadnik və Messini nə birləşdirir? - FOTO

Mariya Stadnik və Messini nə birləşdirir? - FOTO

Tarix: 9 May 2025 23:16

Azərbaycan və dünya qadın güləşinin əfsanəsi Mariya Stadnik ilə bağlı maraqlı fakt ortaya çıxıb. 

Sonxeber.net xəbər verir ki, hazırda Azərbaycan Güləş Federasiyasında (AGF) qadın güləşi üzrə koordinator vəzifəsini icra edən M.Stadnik "Barselona" azarkeşidir. O, Kataloniya klubuna qarşı sevgisinə görə itinə "Messi" adını verib.

Qeyd edək ki, Mariya Azərbaycan idmanının yeganə 5 qat olimpiada iştirakçısı, yeganə 4 qat olimpiya medalçımız, 2 qat dünya və 10 qat Avropa çempionu, Avropa Oyunlarının və İslam Həmrəyliyi Oyunlarının 2 qat qalibidir. (Offsideplus.az)


Etiketlər:  Mariya Stadnik Messini birləşdirir FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ