Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 May 2025 12:42
Ümummilli Lider Heydər Əliyevin 1993-cü il iyunun 9-da Bakıya qayıdışı və iyunun 15-də Ali Sovetin sədri seçilməsi ilə başlayan növbəti 10 il Azərbaycanda müstəqil dövlətin qurulduğu, möhkəmləndirildiyi və gələcək inkişaf üçün təməllərin yaradıldığı mühüm tarixi mərhələdir.
Sonxeber.net AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyevin "Konstitusiya və suverenlik: Heydər Əliyev siyasi irsinin təməl sütunları" adlı məqaləsində qeyd edilib.
Prezident Administrasiyasının rəhbəri bildirib ki, 1993-2003-cü illərdə Ermənistanın Azərbaycana təcavüzü və torpaqlarımızın 20 faizinin işğal edildiyi bir şəraitdə ictimai-siyasi sabitliyin, təhlükəsizliyin təmin olunması, dövlət idarəçiliyi mexanizminin və iqtisadi sistemin yenidən qurulması, beynəlxalq əlaqələrin dövlətin və xalqın ali məqsədlərinə uyğun əsaslı təşkili və bu kimi digər həyati vacib məsələlər qısa zamanda həll edildi, Azərbaycanın dövlət müstəqilliyinin və suverenliyinin əsasları yaradıldı. Bu əsaslar Ümummilli Lider Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də ümumxalq referendumunda qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında əks olunmuşdur.