Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mbappe ''Real''ın tarixinə düşdü

Mbappe ''Real''ın tarixinə düşdü

Tarix: 12 May 2025 11:34

"Real Madrid"in futbolçusu Kilian Mbappe komandasının heyətində XXI əsrdə "El-Klasiko"nun yeni rekorduna imza atıb.

Sonxeber.net xarici mətbuata istinadən xəbər verir ki, ulduz hücumçu bu zaman ərzində "Barselona"ya qarşı matçlarda het-trik edən ilk futbolçu olub.

Qeyd edək ki, "Real" ötən gün "Barselona"ya 3:4 hesabı ilə uduzub. Mbappe 3 qol vurmağı bacarıb. (5-p., 14, 70)

Bundan öncə "Kral klubu"nda "El Klasiko"larda bir görüşdə bu göstəriciyə çatan oyunçu1995-ci ilin yanvarında çilili hücumçu İvan Zamorano olmuşdur.

Xatırladaq ki, XXI əsrdə "Barselona"da Luis Suares və Lionel Messi "Real"la oyunlarda het-trik ediblər.

Hüseyn


Etiketlər:  Mbappe Realın tarixinə düşdü


RƏYLƏR