Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyun 2025 19:04
18:55
Küveyt Dövlətinin Baş naziri Əhməd Abdullah əl-Əhməd əl-Sabah Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Sonxeber.net xəbər verir ki, məktubda deyilir:
"Zati-aliləri cənab Prezident.
Dost Azərbaycan Respublikasının Müstəqillik Gününün ildönümü münasibətilə Zati-alinizə səmimi təbriklərimizi və xoş arzularımızı çatdırmaqdan sevinc duyuruq.
Fürsətdən istifadə edərək, ölkələrimiz və xalqlarımız arasında mövcud olan möhkəm dostluq əlaqələrindən məmnunluğumuzu ifadə edirik.
Sizə uzun ömür, cansağlığı, dost ölkənizə davamlı inkişaf və firavanlıq diləyirik".
------------
18:52
Qətər Dövləti Əmirinin müavini Şeyx Abdullah bin Həməd Al Tani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Sonxeber.net xəbər verir ki, məktubda deyilir:
"Zati-aliləri.
Azərbaycanın milli bayramı - 28 May - Müstəqillik Günü münasibətilə Sizə səmimi salamlarımı və təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.
Zati-alinizə cansağlığı və səadət, qardaş ölkənizə və onun xalqına isə daha da çox tərəqqi və rifah arzu edirəm".
------------
18:52
Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.
Sonxeber.net xəbər verir ki, təbrikdə deyilir:
"Zati-aliləri.
Azərbaycan Respublikasının Müstəqillik Gününün ildönümü münasibətilə Sizə və xalqınıza Qətər Dövlətinin xalqı adından və şəxsən öz adımdan səmimi salamlarımızı və təbriklərimizi çatdırıram.
Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına daha da çox firavanlıq və tərəqqi diləyirəm.
Həmçinin ölkələrimiz arasında mövcud olan sıx münasibətlərin qarşıdakı illərdə möhkəmlənməkdə davam etməsini arzulayıram".