Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İqbal Rüstəmova ''AZSIĞORTA''da vəzifə verildi

İqbal Rüstəmova ''AZSIĞORTA''da vəzifə verildi

Tarix: 5 Iyun 2025 09:48

Səhmdarların Ümumi Yığıncağının qərarı ilə İqbal Nəbi oğlu Rüstəmov "AZSIĞORTA" ASC-nin Direktorlar Şurasının müstəqil üzvü təyin edilib.

İqbal Rüstəmovun karyerası bank və texnologiya sahəsindəki rəhbər vəzifələrlə bağlı olub. O, "Bank of Baku", "Kapital Bank" və "AFB Bank"da müxtəlif rəhbər postlar tutub. Hazırda isə "PashaPay" MMC-də Ekspert məhsul lideri kimi çalışır.

Rüstəmov Bakı Dövlət Universitetində Tətbiqi Riyaziyyat və Kibernetika ixtisası üzrə bakalavr dərəcəsi alıb, Yale School of Management və IE Business School-un idarəetmə üzrə beynəlxalq proqramlarını bitirib.

Beləliklə, "AZSIĞORTA" ASC-nin Direktorlar Şurası bu tərkibdə fəaliyyət göstərir: sədr - Viladi Maniyev, üzvlər - Elnur Qurbanov və İqbal Rüstəmov.

Qeyd edək ki, 2006-cı ildə yaradılan "Azsığorta" ASC-nin 14 milyon manat nizamnamə kapitalı var və səhmlərinin 100%-i Hikmət İsmayılova məxsusdur.


Etiketlər:  İqbal Rüstəmova AZSIĞORTAda vəzifə verildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ