Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Netanyahu İlham Əliyevə təşəkkür edib

Netanyahu İlham Əliyevə təşəkkür edib

Tarix: 3 Iyun 2025 23:54

Azərbaycan unudulmayacaq dərəcədə gözəl mərhəmət və dostluq nümunəsi göstərmişdir.

Sonxeber.net xəbər verir ki, bu fikir İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahunun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə 28 May - Müstəqillik Günü münasibətilə təbrikində yer alıb.

Təbrikdə deyilir: "Mən Azərbaycanın yəhudi icmasına və mədəniyyətinə davamlı dəstəyini, habelə İsrailə nümayiş etdirdiyi davamlı həmrəyliyi yüksək qiymətləndirirəm. Ölkəniz unudulmayacaq dərəcədə gözəl mərhəmət və dostluq nümunəsi göstərmişdir. Mən, həmçinin Azərbaycanın İsrail və Türkiyə arasında dialoqa təkan verilməsində, regional əməkdaşlığın inkişaf etdirilməsində roluna görə minnətdarlığımı bildirmək istəyirəm".

 


Etiketlər:  Netanyahu İlham Əliyevə təşəkkür edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ