Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyədə bıçaqlanan Araz Musayevin son durumu

Türkiyədə bıçaqlanan Araz Musayevin son durumu

Tarix: 4 Iyun 2025 11:20

Türkiyədə bıçaqlanan Azərbaycan Muay Tay Federasiyasının prezidenti, 9 qat dünya çempionu olmuş Araz Musayevin son durumu açıqlanıb.

Sonxeber.net xəbər verir ki, o, özü bu barədə sosial şəbəkə hesabında paylaşım edib:

"Vəziyyətim yenə ağırlaşıb. Hər bir müsəlmandan və millətimdən dua istəyirəm", - deyə A.Musayev qeyd edib.

Xatırladaq ki, Beynəlxalq Muay Tay Federasiyasının Türkiyədə təşkil etdiyi dünya çempionatına qatılan 14 nəfərlik Azərbaycan nümayəndə heyətinə rəhbərlik edən Araz Musayev mayın 28-də Antalyada bıçaqlanmışdı.


Etiketlər:  Türkiyədə bıçaqlanan Araz Musayevin durumu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ