Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kameralar qarşısında kosmetika yeyən bloqer öldü - FOTO

Kameralar qarşısında kosmetika yeyən bloqer öldü - FOTO

Tarix: 4 Iyun 2025 11:55

Tayvanda kamera qarşısında kosmetik məhsullar yeyən bloger ölüb.

Sonxeber.net xarici mediaya istinadla xəbər verir ki, internetdə "Guava Beauty" adı ilə tanınan 24 yaşlı qız müxtəlif kosmetik vasitələrin dadına baxdığı videolar çəkib.  O, kamera qarşısında dodaq boyası və ənliklər yeyib.

İzləyicilərin əksəriyyəti onun bu davranışını təhlükəli hesab edib və şərhlərdə dəfələrlə kosmetik məhsulların yeyilməsinin ölümcül nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq ediblər. Ancaq bloqer buna qulaq asmayıb.

Sonradan profilində gənc qızın öldüyü barədə açıqlama yerləşdirilib, ailəsi isə onun vəfat etdiyini rəsmən təsdiqləyib.

Mərhumun abunəçiləri onun kimyəvi zəhərlənmədən ölə biləcəyinə inanırlar.


Etiketlər:  Kameralar qarşısında kosmetika yeyən bloqer öldü FOTO


RƏYLƏR