Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyun 2025 00:38
Futbol aləmində gənc istedadların dəyərinin günü-gündən artdığı bir vaxtda, 17 yaşlı Lamin Yamalın qiyməti inanılmaz həddə çatıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, Beynəlxalq İdman Araşdırmaları Mərkəzinin (CIES) hesablamasına görə, "Barselona"nın gənc ulduzunun bazar dəyəri 400 milyon avronu keçib və o, dünyanın ən dəyərli futbolçusu olub.
CIES Yamalın transfer dəyərini təxminən 402,3 milyon avro olaraq qiymətləndirir. 2024-cü ilin noyabrında 17 yaşı tamam olan Yamal cəmi 6 ay ərzində dəyərini 221,4 milyon avro artırmağı bacarıb.
Yamalın ən yaxın izləyicisi 239,5 milyon avro dəyərindəki norveçli ulduz Erlinq Holanddır. Üçüncü yerdə isə "Real Madrid"in dəyəri 233,8 milyon avro olan gənc ulduzu Cud Bellinqem qərarlaşıb.