Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Sənə gedən yol çox uzun və çətin oldu'' - FOTOlar

''Sənə gedən yol çox uzun və çətin oldu'' - FOTOlar

Tarix: 7 Iyun 2025 15:40

Aktyor Nicat Rəhimovun qızı Mehribanın bir yaşı tamam olur. 

Sonxeber.net xəbər verir ki, həyat yoldaşı Ülviyyə bununla bağlı paylaşım edib. 

"Sənə gedən yol çox uzun və çətin oldu. Amma sən gəlişinlə özündən öncəki həyatı unutdurdun. Məyusluqları, itkiləri, gücsüzlüyü yox elədin. Bir gülüşün ilə bütün günün yorğunluğunu aradan qaldırırsan. Bir baxışınla davam etməyə güc verirsən. Həyata məna, məqsəd, dəyər qatırsan. Nə yaxşı ki, bizi öz valideynin olaraq seçdin. Nə yaxşı ki, Allah bizi sənə laiq bildi. Sən hər zaman sağlam və xoşbəxt ol. Saleh bəndə, xeyirli övlad ol. Amin. Bütün mənfilər səndən daim uzaq olsun. Allah səni qorusun, qızım, 1 yaşın mübarək" deyə, o, paylaşımında yazıb.

Nicat isə övladı ilə olan fotosunu "Əziz qızım, bu gün sənin 1 yaşın tamam olur və mən dünyanın ən şanslı atasıyam. Sən dünyamızdakı ən qiymətli varlıqsan. Hər şey səninlə daha gözəldir, çox xoşbəxt ol" sözləri ilə yayımlayıb.

Qeyd edək ki, Nicat açıqlamalarındn birində 6 il sonra övladı olduğunu deyib./axşam.az


Etiketlər:  Sənə gedən çox uzun çətin oldu FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ