Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Voleybol millimiz Gürcüstana qalib gəldi

Voleybol millimiz Gürcüstana qalib gəldi

Tarix: 7 Iyun 2025 23:26

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa Gümüş Liqasında növbəti oyununu keçirib.

Yığmamız İsveçdə təşkil olunan 1-ci tur çərçivəsində Gürcüstan yığması ilə üz-üzə gəlib. Komandamız bu görüşdə 3:0 hesabı ilə qələbə qazanıb.

Beləliklə, bir qələbə və bir məğlubiyyəti olan millimiz 1-ci turu 3 xalla başa vurub.

Qeyd edək ki, 2-ci turun qarşılaşmaları 13-15 iyun tarixlərində ölkəmizdə təşkil olunacaq. Bu mərhələdə rəqiblərimiz Lüksemburq və Macarıstan yığmaları olacaq.

Avropa Gümüş Liqası (kişilər)
I tur (İsveç)
6 iyun

Azərbaycan - İsveç 0:3 (13:25, 20:25, 14:25)

7 iyun

Gürcüstan - Azərbaycan 0:3 (20:25, 18:25, 18:25)


Etiketlər:  Voleybol millimiz Gürcüstana qalib gəldi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ