Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qarabağ'' Çempionlar Liqasına hazırlaşır: 4 matç oynayacaq

''Qarabağ'' Çempionlar Liqasına hazırlaşır: 4 matç oynayacaq

Tarix: 8 Iyun 2025 11:50

"Qarabağ"ın mövsümlərarası fasilə dövründəki hazırlıq planı müəyyənləşib.

Sonxeber.net xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Təmsilçimiz Çempionlar Liqası hazırlığı üçün Bakıda başlayacaq məşqlərə iyunun 18-də start veriləcək. Paytaxtdakı toplanış iyulun 2-dək davam edəcək.

Hazırlıq prosesinin ikinci mərhələsi Avstriyada gerçəkləşəcək. Ağdam təmsilçisi iyulun 2-dən 16-dək bu ölkədə təlim-məşq toplanışı keçirəcək.

"Qarabağ" Zell-Am-Seenin Kaprun bölgəsində yerləşən "Tauern" otelində məskunlaşacaq. Hazırlıq çərçivəsində üç oyun günündə ümumilikdə 4 yoxlama görüşü təşkil olunacaq. Rəqiblər barədə daha sonra ictimaiyyətə məlumat veriləcək.


Etiketlər:  Qarabağ Çempionlar Liqasına hazırlaşır matç oynayacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ