Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyun 2025 16:44
FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.
Sonxeber.net xəbər verir ki, o, DÇ-2026-nın seçmə mərhələsinin K qrupu çərçivəsində keçiriləcək Serbiya - Andorra qarşılaşmasının baş hakimi olacaq.
Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.
Matçın VAR hakimləri italiyalı Canluka Aureliano və Valerio Marini olacaqlar.
İyunun 10-da Leskovaç şəhərində yerləşən "Duboçiça" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.