Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Iyun 2025 16:52
Sosial şəbəkədə bir istifadəçi tərəfindən tanınmış psixoterapevt Azər Bağırov ilə bağlı iddia ortaya atılıb.
Sonxeber.net xəbər verir ki, Aynur Qurbanqızı adlı qadın öz hesabında paylaşımı şikayətini dilə gətirib.
"Qızımı necə stresə salmasından bəhs edim və bu adamın necə peşə etikasından kənar biri olmasını özünüz analiz edin.
Qızımda psixosomatika var deyə stressə düşəndə ürəkbulanma, qusmalar olur, aparmışıq bu gerizəkalının yanına. Və 3 dəfə qəbulda olub, hər dəfə də 140 azn, üstəlik də arvadı psixoloqdur və onun da yanında dəfələrlə yönləndirib onun da qiyməti 80-100 azn. Sanki, şəbəkə qrup ancaq pul yığmaq üçün. Nə isə, problem pul deyil, pulu ona görə vurğuladım ki, görəsəniz ki, 140 azn-ə bu həkimin qəbulu nədən ibarətdir.
Dərmanları bitən qızım ötən həftə təkrar bunun qəbuluna gedib. Cəmi 15 dəqiqə zaman ayırıb və bu dəqiqələr içində də qızımı incidəcək ağır, kobud sözlər və uşaq deyir ki, ağlamaq məni tutub, heç bilmirdim nə deyəm.
Yəni bu "həkim" necə psixoterapevtdir ki, qəbul etdiyi həssas xəstəyə belə münasibət göstərir?
Dərmanlar bitib və qızım da əlavə almayıb ki, qəbuluna gedim sonra. Bəlkə başqa dərman yazacaq. Üstəlik də aylardır təsiri olmayıb, yenə qusmalar tutma şəkıində olur. Və buna həkimin cavabları məhz belə olub:
- Qusursan? Nə olsun ki? Qusanda da qucaqsan da. Sən nə gözləyirsən? Uğur? Mən sənə dərman yazıram vəssalam. İçib içməməyin məni maraqlandırmır. Mən sənin anan deyiləm, atan deyiləm ki, sənə can yandırım. Aramızda heç bir duyğusal bağ yoxdur. Sənə dərman da yazmaram, amma daha pul verib gəlmisən yazıram...
Və bu cür kobudcasına cavablar....
Qızım deyir ki, danışarkən də dediklərimə də fikir bildirmirdi, tez çaparaq növbəti xəstəni qəbula salmaqda fikri qalmışdı.
Məni narahat edən və əsəbləşdirən nədir?! Bir psixoterapevt stressə görə müalicəyə gələn həssas gənc qıza necə belə kobud davrana bilər?! Bu nə sözlərdir deyir? Ürəyindən keçirə bilər amma ifadə etmək nə dərəcədə etikdir? Axı qarşındakı məhz duyğusal stress pozğunluğuna görə sənin yanına müalicəyə gəlir....
2-cisi, biz 140 azn pulu qəbula nə üçün ödəyirik? Həkimin borcu xəstəsinə elə məhz can yandırmaqdır ki, şəfa olsun... Sən aylardır müalicə alan pasiyentinə sağalmasına heç bir ümid vermirsənsə, laqeyd münasibət göstərirsənsə bunun adı nədir?!"