Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Kaş mənim keçmişimdə əlimdə bir sini plovla...''

''Kaş mənim keçmişimdə əlimdə bir sini plovla...''

Tarix: 10 Iyun 2025 06:40

"Aş gətirməyin harası ayıb imiş, bilmirəm. Kaş mənim keçmişimdə əlimdə bir sini plovla şəklim olardı". 

Sonxeber.net xəbər verir ki, bu sözləri şair Nazilə Səfərli "Afaqla 10lar" verilişində deyib. Nazilə bir müddət əvvəl həmin proqramda onun haqqında danışan rəqqasə Fatimə Fətəliyevaya belə cavab verib:

"Mən toy sahibinə çatmasam, azlıq etsəm, Fatimə gəlib aparıcılıq edə bilər. Bəli, indi də təkrarlayıram, mənim olduğum məclisdə Fatimə rəqs qrupu ilə aş gətirib. Onu da, Çinarəni də dəvət ediblər. Elə vaxt olub ki, Çinarə aparıcı olub, mən xınayaxdı mərasimini aparmışam. Elə vaxt da olub mən aparıcı olmuşam, Fatimə də aşa gəlib. Kim Fatiməyə deyir ki, bundan utanmalısan? Bu da bir peşədir. Bilmirəm, bunu niyə özünə dərd edib?

O, hələ mənə olan borcunu ödəsin. Məndən ictimaiyyət qaşıında üzr istəməlidir. Bundan sonra onun toydakı aparıcılığını müzakirə edərik". (Axşam.az)

 


Etiketlər:  Kaş mənim keçmişimdə əlimdə sini plovla


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ