Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nigar Şəbnəmə söz atdı

Nigar Şəbnəmə söz atdı

Tarix: 10 Iyun 2025 08:10

Avroviziya qalibimiz Nigar Camal bir müddət öncə qalmaqal yaşadığı müğənni Şəbnəm Tovuzluya söz atıb.

Sonxeber.net xəbər verir ki, "Afaqla 10lar" verilişində qonaq olan Nigarla bağlı digər qonaq Samir Cəfərova maraqlı sual verilib.

"Bu məşhurlardan hansı Nigarın yanına gəlib özünü müdafiə üçün fənd öyrənmək istəsə, öyrətmək əvəzinə onu özü yıxar. Roza, Nərmin Kərimbəyova, yoxsa Şəbnəm Tovuzlu?", - deyə, aparıcı Afaq Gəncəli bildirib.

Nigar "Bir söz deyim, "Kataqoriya" cavabını verib.  Samir isə "Şəbnəm Tovuzlu? Aranızda nəsə olub da", - deyə, vurğulayıb.

N. Camal ""Kataqoriya"dır da" deyərək Cəfərovu təsdiqləyib. 

Qeyd edək ki, müğənnilər arasında qalmaqal illər əvvəl Şəbnəmin kəməri səhv taxmasına söz atması ilə başlamışdı. Daha sonra Şəbnəm Nigara duet təklif etmiş, Avroviziya qalibimiz "Pərvizə görə"də ona öz janrında bir həmkarı ilə oxumağı tövsiyə etmişdi. Ardınca Şəbnəm "Gün ortası" verilişinə "Kimliyindən asılı olmayaraq, icazə vermirəm ki, hansısa sənətkar belə "eyni kateqoriyada" deyilik" desin" demişdi. (olay)


Etiketlər:  Nigar Şəbnəmə söz atdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ