Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rep deməsinə görə onu tənqid edənlərə belə cavab verdi - VİDEO

Rep deməsinə görə onu tənqid edənlərə belə cavab verdi - VİDEO

Tarix: 12 Iyun 2025 12:55

Xalq artisti Alim Qasımov dəvət aldığı toy məclisində rep deməsi böyük rezonans doğurub. Alim Qasımovu bu ifasına görə tənqid ediblər.

Sonxeber.net xəbər verir ki, xalq artisti Alim Qasımov Qaynarinfo-ya açıqlamasında bu çıxışın zarafat olduğunu deyib:

"Səhnəyə çıxanda kefimə düşdü, zarafat etdim. Bu zarafatı da camaat min yerə yozur, Allah işlərini avand eləsin. Amma hamı bilsin ki, bu, gülməli və söyüşlü bir çıxış deyil. Mənim ifalarım, sənətim qalıb bir yanda, zarafatyana bir rep demişəm, hamı düşüb onun ardınca. Özləri bilər, nə istəyirlər desinlər. Alqışlayanlara salam deyirəm, bu zarafatdır. Öz dostlarımla etdiyim zarafatı səhnədə etdim. Mən nə bilim çəkəcəklər? Bu öz dostumuzun toyudur. Zarafat etdim, ardınca da muğam oxudum. Onu yayanda bunu da yayın da. Bundan sonra daha çox zarafatlar hazırlayacağam".

"Dünya şöhrətli xanəndə niyə repə baş qoşur, axı bu Alim Qasımov sənəti deyil" deyənlərə Alim Qasımov belə cavab verib:

"Çünki selə düşmüşük. Sel bizim ayağımızı yerdən üzüb aparır. Bir də baxırıq ki, su üzərindəyik və gedirik. Palaza bürün, elnən sürün. Mən də sürünməyə hazırlaşıram".


Etiketlər:  deməsinə görə tənqid edənlərə belə cavab verdi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ