Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhur futbolçu Dubayda TUTULDU

Məşhur futbolçu Dubayda TUTULDU

Tarix: 13 Iyun 2025 09:46

Dubay polisi Niderland yığmasının keçmiş futbolçusu Kvinsi Promesi öz evində həbs edib.

Sonxeber.net xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb oyunçunun Niderlanda ekstradisiyası tələbi olub. 

Kvinsi Kral Hərbi Polisinin nəzarəti altında Niderlanda aparıla bilər və o, 7 il yarım həbs cəzası çəkməli olacaq.

Futbolçu 2024-cü ildə Amsterdam məhkəməsi tərəfindən kokain qaçaqmalçılığına görə 6 il həbs cəzasına məhkum edilmişdi. Fevralın 16-da niderlandlı beynəlxalq axtarışa verilmişdi. Bundan əlavə, əmisi oğluna bıçaqla hücum edən Promes 1,5 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Kvinsi Rusiya "Spartak"ı, "Ayaks" və "Sevilya" kimi klublarda da çıxış edib. O, daha sonra BƏƏ-nin İkinci Liqasında çıxış edən "Dubay Yunayted"lə anlaşmışdı.

Hüseyn


Etiketlər:  Məşhur futbolçu Dubayda TUTULDU


RƏYLƏR