Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Iyun 2025 08:08
İtaliyanın "İnter" klubunun Klublararası dünya çempionatında iştirakı yaxın günlərdə başlayacaq. Lakin iranlı hücumçu Mehdi Taremi hələ də komandanın ABŞ-nin Los-Anceles şəhərindəki təlim-məşq toplanışına qoşulmayıb. O, hazırda İranda baş verən hərbi gərginlik səbəbindən ölkəni tərk edə bilmir.
Sonxeber.net xəbər verir ki, hava məkanının bağlanması nəticəsində bir sıra uçuşlar təxirə salınıb. İran millisinin hücumçusu şənbə günü "İnter"in digər üzvlərinə qoşulmalı idi, lakin bu proses gecikəcək.
"İnter" klubu futbolçu ilə davamlı əlaqədədir və yaranmış problemi aradan qaldırmaq üçün bütün imkanlardan istifadə edir. Klub nümayəndələri bildiriblər ki, Tareminin təhlükəsizliyi birinci dərəcəli məsələdir.