Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''İrandan Azərbaycan vətəndaşları təxliyə olunub, səfirlik və konsulluğumuz isə...''

''İrandan Azərbaycan vətəndaşları təxliyə olunub, səfirlik və konsulluğumuz isə...''

Tarix: 16 Iyun 2025 13:24

İran İslam Respublikasındakı Səfirliyimiz və Təbriz şəhərindəki Baş Konsulluğumuz, habelə İsrail Dövlətindəki Səfirliyimiz Azərbaycan Respublikası vətəndaşları tərəfindən qaynar xəttlərə daxil olan müraciətləri müvafiq olaraq nəzərdən keçirir və zəruri tədbirlər görür.

Sonxeber.net xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə məlumat verib. Bildirib ki, bununla əlaqədar, ilkin olaraq İrandakı Səfirliyimizin əməkdaşlarının ailə üzvləri də daxil olmaqla ümumilikdə 41 nəfər Azərbaycan vətəndaşının İran-Azərbaycan sərhəddindən keçidi təmin olunub. Səfirliklərimiz və müvafiq konsulluğumuz fəaliyyətlərini davam etdirir.


Etiketlər:  İrandan Azərbaycan vətəndaşları təxliyə olunub səfirlik konsulluğumuz isə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ