Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Iyun 2025 15:00
Çəkisi 23 kiloqrama qədər düşən türkiyəli sosial media fenomeni Nihal Candanın vəziyyəti daha da pisləşib.
Sonxeber.net Türkiyə mətbuatına istinadən xəbər verir ki, reanimasiyaya yerləşdirilən Nihalın anası Umut Candan övladının vəziyyətinin kritik olduğunu bildirib:
"Hər keçən dəqiqə daha da pisləşir. Bütün orqanları iflas edib.Sağlamlıq durumu çox kritikdir"
Xatırladaq ki, Nihal Candan çirkli pulların yuyulmasında təqsirli bilinərək həbs olunmuşdu. Onun bacısı Bahar Candan da saxlanılmışdı və daha sonra evə buraxılıb.
Nihal etdiyi aclıq aksiyasından sonra xeyli çəki atmışdı. Sağlamlığında yaranan problemə görə azadlığa buraxılmışdı.