Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyun 2025 15:14
Azərbaycan Xarici İşlər Nazirliyi Dəməşqdə kilsədə baş verən terror aktı ilə bağlı Suriyaya başsağlığı verib.
Sonxeber.net xəbər verir ki, bu barədə XİN-in "X" hesabında paylaşım edilib.
"Dəməşqdə Müqəddəs Elias kilsəsində baş verən dəhşətli terror aktını qətiyyətlə pisləyirik. Qurbanların ailələrinə və zərər çəkmiş bütün insanlara dərin hüznlə başsağlığı veririk", - deyə paylaşımda qeyd olunub.
XİN, həmçinin paylaşımında Suriya hökuməti və xalqı ilə həmrəy olduğunu diqqətə çatdırıb.
Xatırladaq ki, iyunun 22-də törədilən sözügedən terror hadisəsi zamanı azı 25 nəfər həlak olub, daha 50 nəfər isə yaralanıb.