Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Iyun 2025 22:30
Aparıcı Xoşqədəm Hidayətqızının "Səni axtarıram" verilişinə müraciət edən qadının çıxışı diqqət çəkib.
Sonxeber.net xəbər verir ki, üzünün görünməsini istəməyən xanım həyat yoldaşının ona müğənni ilə xəyanət etdiyini söyləyib.
Həmin ifaçının kimliyi açıqlanmasa da, X. Hidayətqızı adının Mətanət olduğunu bildirib.
Sözügedən şəxsin ailəsini dağıtmaqda ittiham olunan ifaçının mesajları, görüntülərinin olduğu vurğulanıb.
Bu məsələ sosial şəbəkələrdə maraq yaradıb. Müğənninin kim olması müzakirə edilib.
Xanım isə üç övladına rəğmən, həyat yoldaşının həmin ifaçı ilə birlikdə olduğunu iddia edib. (Bizim.Media)