Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Iyun 2025 20:35
Əməkdar artist Nüşabə Ələsgərli illər əvvəl qurmaq istədiyi biznesindən danışıb.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, müğənni "Bir gün" verilişində anasının onun biznesinə mane olduğunu deyib.
O, bildirib ki, vaxtilə şadlıq evi almaq istəyib:
"1997-ci ildə mənə şadlıq evi, yanında böyük dayanacaq təklif etdilər. Ev almaq istəyirdim, pulum da var idi. Anam etiraz etdi. Amma gedib behini verdim. Anam gördü ki, mənimlə bacarmır, uşaqlarımın atasına zəng vurdu. Dedi ki, gedib özbaşına şadlıq evinə pul verib. O, da gəldi, dava saldı, pulu qaytardı. Pul xərcləndi getdi.
İndi həmin şadlıq evinin yanındakı dayanacaqda 4 ədəd yeni tikili var. İndi maşın dayanacığını yerində yeni tikilən binalara şərik olacaqdım. Şadlıq evim də üstündə qalacaqdı. Mənim başım biznesdə işləyirdi".