Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Iyun 2025 00:24
Son vaxtlarda teleqram hesablarının oğurlanması yenidən kütləvi hal alıb.
Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, dələduzlar oğurlanan hesabların sahibinin adından yaxınlarından borc pul istəyirlər və ya kart həsablarına giriş əldə edirlər.
İKT mütəxəssisi Əmrah Mövsümov deyir ki, "Telegram" hesablarının oğurlanması daha çox fişinq hücumları vasitəsilə həyata keçirilir.
Mütəxəssis bildirir ki, kiberdələduzların toruna düşməmək üçün şəxsi səhifələr ən güclü şəkildə qorunmalıdır.
Elektron Təhlükəsizlik Xidməti də teleqram hesablarının təhlükəsizliyi ilə bağlı xəbərdarlıq edib.
Bildirilib ki, hazırda vətəndaşların teleqram hesablarının ələ keçirilməsi halı müşahidə olunur.
Daha ətraflı videomaterialı təqdim edirik.