Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ərdoğan: Azərbaycan və Rusiya arasındakı gərginlik...

Ərdoğan: Azərbaycan və Rusiya arasındakı gərginlik...

Tarix: 5 Iyul 2025 15:30

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan və Rusiya arasında yaşanan gərginliyə münasibət bildirib.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, o, bu barədə yerli jurnalistlərə açıqlamasında deyib:

"Türkiyə həm Azərbaycan, həm də Rusiya ilə dərin diplomatik və strateji əlaqələri olan bir ölkədir. Gərginliyi yaxından izləyirik və hər iki ölkəni təmkinli olmağa çağırırıq. Diplomatik gərginliyi azaldacaq bəyanatlarla məsələnin daha asan və əsaslı şəkildə həll olunacağına inanırıq. İki ölkə arasında yaşanan neqativ hadisələrin tez bir zamanda başa çatacağına inanıram. Yaşanan xoşagəlməz hadisələrin Azərbaycan və Rusiya münasibətlərinə xələl gətirməməsi ən böyük arzumuzdur.

Biz bilirik ki, hər iki dostumuz bu problemi aradan qaldırmaq üçün anlayış səviyyəsinə malikdir. Cənab İlham Əliyev burada çox diqqətli və ehtiyatlı addım atır. O, bu məsələnin ardınca getməyin və bunun qızışdırılmasının tərəfdarı deyil".


Etiketlər:  Ərdoğan Azərbaycan Rusiya arasındakı gərginlik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ