Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ronaldo buna görə dəfninə GETMƏYİB - Yenilənib - FOTOlar

Ronaldo buna görə dəfninə GETMƏYİB -  Yenilənib - FOTOlar

Tarix: 6 Iyul 2025 14:20

Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubunun hücumçusu Kriştianu Ronaldu mətbuatda ajiotaj yaratmaq istəmədiyi üçün milli komanda yoldaşı Dioqu Jotanın dəfnində iştirak etməyib.

Bu barədə "A Bola" məlumat yayıb.

Mənbə Ronaldunun mərhum futbolçunun ailəsi ilə əlaqə saxladığını, lakin onun mərasimdə iştirak etməsinin yaxınlarına narahatlıq yaradacağına inandığını iddia edir.

İyulun 3-də Ronaldu Jotanın qəzada həlak olması ilə bağlı başsağlığı verib.

"Milli komandada hələ yenicə birlikdə idik, təzəlikcə evlənmişdin. Həyat yoldaşına və övladlarına başsağlığı verirəm - bilirəm ki, sən həmişə onlarla olacaqsan. Nur içində yatın, Dioqu və Andre. Hamımız sizin üçün darıxacağıq", - Ronaldu yazıb. /Oxu.Az

--------

10:08

Portuqaliyanın Gondomar şəhərində avtomobil qəzasında dünyasını dəyişən Portuqaliya millisi və "Liverpul"un futbolçusu Diego Jota ilə qardaşı Andre Silvanın dəfn mərasimi keçirilib.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, dəfndə məşhur futbolçular və tanınmış simalar iştirak ediblər.

Lakin ulduz futbolçu Kriştiano Ronaldo millidəki komanda yoldaşı Jotanının dəfninə qatılmayıb.

Bununla yanaşı Ronaldonun Malyorkada tətil edərkən görüntüləri də yayılıb.

Onun bu hərəkəti çoxsaylı azakeşlərin tənqidinə tuş gəlib.


Etiketlər:  Ronaldo buna görə dəfninə GETMƏYİB Yenilənib FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ