Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Evin ən çirkli yerləridir - heç ağlımıza gəlməyib - FOTO

Evin ən çirkli yerləridir - heç ağlımıza gəlməyib - FOTO

Tarix: 6 Iyul 2025 02:03

Siz tualet və əl-üz yuyulanı mütəmadi təmizləyirsiniz, amma evinizdə ən çox çirklənən yer - işıq düyməsidir! Onun səthində ailə üzvlərinin əllərindən keçən bakteriyalarla yanaşı, qida hissəcikləri və toz da toplanır.

Sonxeber.net Evin ən çirkli yerləri ilə bağlı məlumat verir:

İşıq düymələrini hər gün spirtli salfetlə və ya hidrogen peroksidlə isladılmış pambıq disklə silin. Texnika pultlarını da unutmayın - onlar da bakteriyaların əsas mənbəyidir.

Pultları açın, batareyaları çıxarın və düymələri diqqətlə spirtə batırılmış pambıq çubuqla silin.

Şkaf və qapı dəstəklərini də unutmayın - onları hər axşam sabunla yumaq lazımdır. Vannadakı rezin xalçaları da yoxlayın: onların altında tez-tez qara kif yaranır.

Xalçaları xlor məhluluna (1 hissə xlor, 10 hissə su) qoyaraq 1 saat saxlayın, sonra günəş altında qurudun.

Və unutmayın: yeni diş fırçası belə təhlükə mənbəyinə çevrilə bilər, əgər tualetin yaxınlığında stəkanda saxlanılırsa - tualet suyu çəkiləndə bakteriyalar 2 metr məsafəyə qədər yayıla bilər.  /Lent.az


Etiketlər:  Evin çirkli yerləridir heç ağlımıza gəlməyib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ