Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bu, İsrail üçün qəbuledilməzdir''

''Bu, İsrail üçün qəbuledilməzdir''

Tarix: 6 Iyul 2025 13:21

Fələstinin radikal HƏMAS hərəkatının Qətərin Qəzza zolağında nizamlanma ilə bağlı təklifinə etdiyi dəyişikliklər İsrail üçün qəbuledilməzdir.

Sonxeber.net xəbər verir ki, bu barədə yəhudi dövlətinin baş naziri Benyamin Netanyahunun Ofisinin bəyanatında deyilir.

"HƏMAS-ın Qətər təklifinə etdiyi düzəlişlər bizə ötürülüb və İsrail üçün qəbuledilməzdir", - bəyanatda deyilir.

Ofisdən əlavə edilib ki, Netanyahu dolayı dialoq formatında danışıqlara dəvətə cavab verməyi və Qətər təşəbbüsü əsasında girovların qaytarılması ilə bağlı təmasları davam etdirməyi tapşırıb. İsrailin nümayəndə heyəti bununla əlaqədar iyulun 6-da təyyarə ilə Qətərə görüşə uçacaq. /report.az


Etiketlər:  İsrail üçün qəbuledilməzdir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ