Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İçərisində bir tondan çox kokain olan sualtı qayıq saxlanılıb

İçərisində bir tondan çox kokain olan sualtı qayıq saxlanılıb

Tarix: 12 Dekabr 2019 08:48

Bakı. Trend:

Peru Hərbi Dəniz Qüvvələri ölkənin şimal sahillərində Meksikaya üzən və içində bir tondan çox kokain olan sualtı qayıq saxlayıblar.

Trend-in məlumatına görə, bu barədə Meksikanın "Televisa" tele kanalı ölkə prokurorluğuna istinadən xəbər verib.

İki kolumbiyalı, bir meksikalı və bir ekvadorludan ibarət, narkomafiyanın puluna düzəldilən qayığın heyəti həbs edilib. Məlumata görə, saxlanılan kokainin ümumi çəkisi iki tona yaxındı.

Peru hökuməti böyük partiya narkotik maddənin daşınmasının arxasında hansı cinayət qruplaşmasının dəyandığını bilmir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  İçərisində tondan çox kokain olan sualtı qayıq saxlanılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ