Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Sən mənim səsimlə nəfəs alırdın''

''Sən mənim səsimlə nəfəs alırdın''

Tarix: 7 Iyul 2025 10:40

Müğənni Xatirə İslam vəfat edən bəstəkar Ruslan Əhmədoğludan yazıb.

Sonxeber.net xəbər verir ki,  onun barəsində paylaşım edən sənətçi mərhum dostunu belə yada salıb:

"Ruslan, səni bilirsən niyə çox istəyirdim? Çünki çox nadir hallarda olur insanın ətrafında dostu, yaxını onun səsinin, sənətinin vurğunu olsun. Sən mənim səsimlə nəfəs alırdın. Səni buna görə də ikiqqat çox istəyirdim. İnanın Allaha, iki gün əvvəl mənə yazdı. Düşündüm ki, çoxdandır görmürəm, yüz faiz çox darıxıb və sözün düzü mən də ondan ötrü darıxmışdım. O, ürəyi istəmədiyi insana heç vaxt yazmaz, öz-özümə dedim ki, bir-iki günə onu görüm, amma qismət olmadı. Musiqini sevən insan,  Allah sənə rəhmət eləsin. Darıxacağam, Ruslan Əhmədoğlu".


Etiketlər:  Sən mənim səsimlə nəfəs alırdın


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ