Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyul 2025 14:32
Prezident İlham Əliyev Milli Məclisin iyunun 21-də qəbul etdiyi "Elektroenergetika haqqında" qanunda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.
Sonxeber.net xəbər verir ki, dəyişikliyə əsasən, qanunun 13.2-ci maddəsinin (ötürücü sistem operatoru, habelə onun təsisçisi olduğu, yaxud birbaşa və ya dolayısı ilə iştirak etdiyi, eləcə də idarə etdiyi hüquqi şəxslər elektrik enerjisinin istehsalı, paylanması və təchizatı fəaliyyəti ilə məşğul ola biməz) qüvvəyə minmə müddəti dəyişdirilib.
Belə ki, həmin maddə bu il iyulun 1-dən qüvvəyə minməli idi.
İndi isə onun qüvvəyə minmə müddətini müvafiq icra hakimiyyəti orqanı müəyyən edəcək.