Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Iyul 2025 13:28
Fransa Prezidenti Emmanuel Makron Böyük Britaniyaya səfəri çərçivəsində Avropanın Ukraynaya dəstəyi ilə bağlı mühüm açıqlama verib.
Sonxeber.net "The Guardian"a istinadən xəbər verir ki, Makron bildirib ki, Avropa dövlətləri Rusiyaya qarşı mübarizədə Ukraynanı hər zaman dəstəkləyəcək:
"Avropalılar Ukraynanı heç vaxt tək qoymayacaq, heç vaxt," - deyə Fransa lideri Britaniya parlamentindəki çıxışında vurğulayıb.
Makron qeyd edib ki, Ukrayna Rusiya tərəfindən qanunsuz və təcavüzkar hücuma məruz qalıb. O, həmçinin Böyük Britaniyanın Rusiyanın genişmiqyaslı işğalından əvvəl və sonra Ukraynaya göstərdiyi dəstəyi yüksək qiymətləndirib və ölkəni Kiyevin ən yaxın müttəfiqlərindən biri adlandırıb.