Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kişi ginekoloq 15 yaşlı hamiləni necə xilas etdi? - ''Bir əlim işləmirdi'' - FOTO

Kişi ginekoloq 15 yaşlı hamiləni necə xilas etdi? - ''Bir əlim işləmirdi'' - FOTO

Tarix: 10 Iyul 2025 08:00

Ginekoloq Emin Haqverdiyev bu sahəsini seçdiyinə görə heç vaxt peşman olmadığını söyləyən E.Haqverdiyev karyerasında qarşılaşdığı hadisələrdən söz açıb.

"Günlərin birində bir kişi qucağında qadınla içəri girdi. Qadını müayinə edəndə boru hamiləliyi keçirdiyini gördüm. Borusu cırılmışdı, təcili əməliyyat etdik. Əməliyyat yaxşı keçdi. Daha sonra mənə "işığa doğru gedirdim. Bir şey uça-uça gəlib məni qanadında apardı. O siz idiniz" dedi. Simurq quşu şəklində tatu da etdirmişdi. Hər dəfə bu hadisə yadıma düşəndə tüklərim biz-biz olur", - deyə o bildirib.

Ginekoloq həmçinin Türkiyədə çalışarkən 15 yaşlı hamilə qızı necə xilas etməsindən danışıb:

"Yeniyetmə qızı qarın ağrısı ilə xəstəxanaya gətirmişdilər. Müayinə zamanı 26 həftəlik hamilə olduğunu öyrəndim. Həmin an qıza baxanda ağladığını gördüm. Vəziyyəti yaxınlarına izah edə bilmirdim, çıxılmaz durumda qalmışdım. Onlara "qızın qarnının içini yaxşı görə bilmədim" dedim. Bunu edərək onun həyatını bir müddətlik qoruya bildiyimi düşünürəm. Sonra sosial xidmət orqanlarına xəbər verdik ki, yeniyetməni ailədən izolyasiya etsinlər".  /Baku TV


Etiketlər:  Kişi ginekoloq yaşlı hamiləni necə xilas etdi əlim işləmirdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ