Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şad XƏBƏR: Bu ərazimizdə bəzi ailələrə yeni mənzillər veriləcək

Şad XƏBƏR: Bu ərazimizdə bəzi ailələrə yeni mənzillər veriləcək

Tarix: 10 Iyul 2025 11:34

Azərbaycanda müharibə əlilləri və şəhid ailələri dövlət tərəfindən xüsusi diqqət və qayğı ilə əhatələnib. Bu istiqamətdə mütəmadi olaraq sosial yönümlü tədbirlər həyata keçirilir. Onların mənzil şəraitinin və sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir.

Sonxeber.net iqtisadiyyat.az-a istinadən xəbər verir ki,  bu tədbirlərin davamı olaraq Gəncə şəhərində də bu kateqoriyadan olan şəxslərin mənzil şəraiti yaxşılaşdırılır. 

Belə ki, əlilliyi müəyyən edilmiş şəxslərə və şəhid ailələrinə Gəncə şəhərində 
16 ədəd birotaqlı, 16 ədəd ikiotaqlı və 8 ədəd üçotaqlı mənzil veriləcək.

Sosial Xidmətlər Agentliyi artıq bir müddətdir bununla bağlı hazırlıqlara başlayıb və satınalma müsabiqəsi elan edib. Lakin ümumilikdə 40 mənzilin satın alınması ilə bağlı dəyəri 2 milyon 866 min manat proqnozlaşdırılan tender satınalmada iştirak etmək hüququ olan təchizatçıların sayının üçdən az olduğu üçün ləğv edilib. 


Etiketlər:  Şad XƏBƏR ərazimizdə bəzi ailələrə yeni mənzillər veriləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ