Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyaya işləməyə getmişdi - YOXA ÇIXDI

Rusiyaya işləməyə getmişdi - YOXA ÇIXDI

Tarix: 10 Iyul 2025 12:16

"Azərbaycan vətəndaşı Mayis Qədir oğlu Səfərov 2024-cü ilin oktyabr ayının 27-də işləmək məqsədilə rəsmi qaydada Rusiyanın Amur vilayətinin Svobodnı şəhərinə yollanıb. O, bir şirkət vasitəsilə "Amur" adlı müəssisədə qanuni fəaliyyət göstərib. M.Səfərov 7-8 ay həmin müəssisədə işləyib və sənədləri tam qaydasında olub".

Sonxeber.net modern.az-a istinadən xəbər verir ki, bu sözləri Mayis Səfərovun həyat yoldaşı Sahilə Səfərova deyib.

S.Səfərova deyib ki, xeyli vaxtdır həyat yoldaşı ilə əlaqələri kəsilib. O əlavə edib ki, sonuncu dəfə əri ilə iyunun 28-də axşam saatlarında əlaqə saxlayıb. Həmin vaxtdan etibarən isə ondan heç bir xəbər yoxdur:

"Yoldaşım şirkət vasitəsilə, rəsmi qaydada Rusiyaya gedib. Sənədlərində heç bir problem yox idi. İçki içmir, pis vərdişləri yoxdur, sakit və namaz qılan bir insandır. Aldığımız məlumata görə, onu heç bir səbəb göstərilmədən saxlayıblar. Rusiya polisi tərəfindən bölməyə aparıldığı deyilir, amma bizə nə səbəb, nə də vəziyyəti ilə bağlı heç bir məlumat verilməyib".

S.Səfərova həmçinin vurğulayıb ki, həyat yoldaşının ata və anası da dünyasını dəyişib: "Heç kimimiz yoxdur, uşağım xəstədir, yoldaşımın bacısı da ruhi xəstədir, mən isə işləmirəm. Yoldaşım bizi dolandırmaq üçün Rusiyaya gedib. İndi isə onunla əlaqə saxlaya bilmirik".

S.Səfərova qeyd edib ki, Xarici İşlər Nazirliyinə müraciət etsə də, hələ ki heç bir cavab ala bilməyib.


Etiketlər:  Rusiyaya işləməyə getmişdi YOXA ÇIXDI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ