Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zelenski Rusiyanı hədələdi

Zelenski Rusiyanı hədələdi

Tarix: 10 Iyul 2025 15:30

Xəbər verdiyimiz kimi, Rusiya Ukraynaya genişmiqyaslı hava hücumu həyata keçirib.

Ötən gecə Rusiya Ukraynaya hücumunda 400 dron və 18 raketdən istifadə edib.

Zelenski hücumla bağlı məlumat yayıb

Sonxeber.net xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün "X" hesabında bildirib.

Onun sözlərinə görə, dronların 200-ü "Şahed" tipli dronlar olub:

Hücumlar nəticəsində insan tələfatı olub

"Hücumların əsas hədəfi Kiyev olub. Bundan başqa Poltava, Kirovoqrad, Sumı və Çerniqov bölgələrinə də hücumlar edilib. Kiyevdə iki nəfər həyatını itirib. Son məlumata görə, 16 nəfər xəsarət alıb", - Ukrayna Prezidenti qeyd edib.

Zelenski sanksiyaların artırılmasına çağırıb

Zelenski Rusiyaya qarşı sanksiyaların gücləndirilməsinə çağırıb və Ukraynanın cavab zərbələri endirəcəyini bəyan edib.

Ukrayna müdafiəsini gücləndirmək üçün danışıqlar aparır

O qeyd edib ki, Rusiyanın bu cür hücumlarına sərt cavab verilməlidir: "Bu gün mən tərəfdaşlarla, xüsusən də "İstəklilər Koalisiyası" çərçivəsində dronların istehsalı və Ukrayna üçün hava hücumundan müdafiə sistemlərinin tədarükü üçün əlavə maliyyə haqqında danışacağam. Məqsədlər tamamilə aydındır. Rusiyanın bu cür hücumlarına sərt cavab verilməlidir".  /APA 


Etiketlər:  Zelenski Rusiyanı hədələdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ