Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyul 2025 16:36
Azərbaycan və Özbəkistan Respublikasının xalq artisti, dosent Gülyanaq Məmmədova Türk Dünyası mədəniyyətinin təbliğindəki xidmətlərinə görə BZT-Turan Akademiyasının Fəxri Doktoru adına layiq görülüb.
Sonxeber.net xəbər verir ki, bu barədə sənətçi özü məlumat verib.
Gülyanaq Məmmədova sevincini sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşərək, tədbirdən fotolar paylaşıb.
Qeyd edək ki, Gülyanaq Məmmədova uzun illərdir Azərbaycan və ümumilikdə Türk Dünyası musiqisinin təbliği və qorunması istiqamətində fəal yaradıcılıq fəaliyyəti ilə tanınır. /Kult.az