Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Dekabr 2019 10:45
Bakı. Trend:
Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar dekabrın 12–də Nizami Kino Mərkəzinin repertuarına dəyişiklik edilib.
Nazirlikdən Trend-ə verilən məlumata görə, kinomərkəzin repertuarına Mədəniyyət Nazirliyinin sifarişi ilə “Səlnamə” kinostudiyasının çəkdiyi “Əbədiyyət yolu” adlı sənədli film daxil olunub. Filmin seansları saat 13:10 və15-30-da keçiriləcək.
Seanslara giriş sərbəstdir.
Həmçinin dekabrın 12-də Nizami Kino Mərkəzində komediya filmlərinin nümayişi dayandırılacaq.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin