Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''İsrail Qəzza ilə bağlı diplomatik həllə də, güc tətbiqinə də hazırdır''

''İsrail Qəzza ilə bağlı diplomatik həllə də, güc tətbiqinə də hazırdır''

Tarix: 11 Iyul 2025 09:03

İsrail Qəzza zolağındakı münaqişənin diplomatik yolla həllinə razıdır.

Sonxeber.net xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-a səfəri çərçivəsində bildirib.

Netanyahu qeyd edib ki, İsrail anklavda 60 günlük atəşkəsə razılıq verir, lakin eyni zamanda HAMAS hərəkatının hakimiyyətdən uzaqlaşdırılması və bölgənin tamamilə silahsızlaşdırılmasında israrlıdır.

Baş nazir vurğulayıb ki, əgər diplomatik həll mümkün olmazsa, İsrail bu məqsədlərə hərbi yolla nail olmağa çalışacaq.

Netanyahunun israillilərə ünvanladığı videomüraciəti Baş nazirin ofisi tərəfindən yayımlanıb. /APA


Etiketlər:  İsrail Qəzza ilə bağlı diplomatik həllə güc tətbiqinə hazırdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ